İran ilə Azərbaycan arasında iqtisadi əlaqələr genişlənir

  • By Mayil
  • 19 Oktyabr 2016 17:33

muzeffer

“Azərbayacanda müştərək istehsal müəssisənin yaradılmasında maraqlıyıq”.

Gununsesi.info-nun məlumatına görə, bu haqda İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin deyib. O, bildirib ki, keçirilən bütün görüşlərdə bu məsələ müzakirə olunub: “Biz istəyirik ki, Ərdəbil və Azərbaycan iş adamları birgə istehsal müəssisələri yaradaraq – Rusiya, Qazaxıstan daxil digər xarici ölkələrə mal ixrac edək”.

Vali bildirib ki, son bir ildə Azərbaycan ilə İran arasında ticarət dövriyəsi 65 faiz artıb. “Təkcə İran İslam Respublikasının Ərdəbil əyaləti ilə Azərbaycan arasında ticarətin həcmi 57 milyon ABŞ dolları təşkil edib. Biz qarşılıqlı olaraq – həm İranın, həm də Azərbaycanın iş adamlarının ölkələrimizin iqtisadiyyatına investisiya qoyulmasında maraqlıyıq. Hazırda Azərbaycanlı iş adamları Ərdəbil əyalətində həyata keçirilən investisiya layihələrində iştirak etmək istəklərini bildiriblər. Ərdəbil əyalətinin iş adamları isə Azərbaycanda daha çox, ağac emalı və turuzim sahəsinə maraq göstərirlər. Artıq bunula bağlı hər iki ölkənin iş adamlarının təklifləri nəzərə alınaraq aidiyyati qurumlara göndərilib” – deyə, Məcid Xudabəxşin sözlərinə əlavə edib.

Qeyd edək ki, Azərbaycanlı iş adamları görüş zamanı İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin Ərdəbil əyalətində 5 ulduzlu mehmanxananın tikintisi ilə bağlı təklif verib.

Mürtəza

Gununsesi.info