İran-İraq arasında gərginlik artır

  • By admin
  • 13 Mart 2022 22:36

İranın Bağdaddakı səfiri İrac Məscidi İraq Xarici İşlər Nazirliyinə çağırılıb.

 Gununsesi.info xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici İşlər Nazirliyi İranın Bağdaddakı səfirini çağırıb və ona Ərbil şəhərinə raket hücumu ilə bağlı İraq hökumətinin etiraz notasını təqdim edib”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ötən gün İran ərazisindən Ərbil şəhərindəki müəyyən hədəflərə raket zərbələri endirilib.

 Gununsesi.info