İran-İraq sərhədində zəlzələ baş verib

İran-İraq sərhədində zəlzələ baş verib

İran-İraq sərhədində 4,3 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yerli vaxtla saat 00:31-də qeydə alınan yeraltı təkanların episentri İraqın Süleymaniyə şəhərindən 71 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Bundan əvvəl bölgədə baş verən 4,5 magnitudalı zəlzələnin episentri isə İranın Bokan şəhərindən 23 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, ötən ilin noyabrında İran-İraq sərhədində qeydə alınan 7,2 bal gücündə zəlzələ yüzlərlə insanın həyatına son qoyub.

Gununsesi.info

COMMENTS