İran İraqa zərbələr endirdi

İran İnqilab Keşikçiləri (SEPAH) İraqın şimalındakı kürd bölgəsinə artilleriya zərbəsi endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

HTML tutorial

Dövlət televiziyası SEPAH-ın İraqın kürdlər yaşayan bölgəsində İran əleyhinə olan qrupları hədəf aldığını bildirib.

Qeyd edək ki, İran hökuməti kürd dissidentləri ölkədə, xüsusən də ölkənin şimal-qərbində 10 milyona qədər kürdün yaşadığı bölgələrdə iğtişaşlar törətməkdə günahlandırıb.

Gununsesi.info