İran İraq hökumətini ölkənin şimalındakı separatçı qruplara qarşı hərəkət etməyə səsləyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Tehran İraq rəsmilərinin sentyabr ayınadək Şimali İraqdakı bölücü ünsürlərə qarşı hərəkətə keçməyəcəyi durumda, bölgəyə hücumları yenidən başlacağını açıqlayıb.
İran ordusunun Qərargah rəisi Məhəmməd Bagiri bu barədə açıqlamasında onların ölkəsinin sərgəd təhlükəsizliyinə təhdid yaradan ” separatçı terror qrupları” olduğunu söyləyib.
Bagiri İraq hökumətinin bu təşkilatlara qarşı silahlandırma başlacadacağına söz verməsinin ardından əməliyyatlara ara verdiklərini vurğulayıb.
” İraqın söz verdiyi zamanadək gözləyəcəyik. İraq hökumətinin məsuliyyətini yerinə yetirməsinə ümid edirik. O zamanadək bu qruplar silahsızladırılmazsa, ya da İrana qarşı hansısa davranış edərlərsə, onlara yönəlik əməliyyatlarımız daha kəskin və şiddətli olacaq”.
Xatırladaq ki, İran İraqın şimalında yerləşən Ərbil şəhərindəki “İraq Kürdüstün Demokrat Partiyası” (İKDP’) qərargahına və Süleymaniyyə şəhərindəki Komala təşkilatına aid bir mərkəzə bir neçə raket və pilotsuz aparatlarla hücum gerçəkləşdirmişdi.
Rəsmi Tehran 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar davam edərkən Komala və İKDP-ni xaos çıxartmaq məqsədi ilə sərhəd bölgələrinə silahlı qruplar və çox miqdarda silah göndərməklə ittiham etmişdi.
İran tərəfindən “terror təşkilatı” kimi görülən İKDP illərdir ki, “İraq Kürd Regional İdarəetməsi”nin nəzarətində olan bölgələrdəki düşərgələrdə varlıq göstərir.
Tərcümə: Arzu