
İran sentyabrın 24-dən etibarən İraqla sərhəddə hərbi təlimlər keçirir.
Gununsesi.info “Tasnim”ə istinadən xəbər verir ki, İran İraqla həmsərhəd Kürdüstan və Qərbi Azərbaycan əyalətində hərbi təlimlər keçirməyə başlayıb.
Hərbi təlimlər İraqın şimalında kürdlərin yaşadığı ərazilərdə referendum keçirilməsindən bir gün öncə başlayıb.
Tehran bunu referendumla əlaqələndirməsə də, təlimlərin referendum ərəfəsində həmin ərazidə keçirilməsi deyilənlərin əksinə dəlalət edir.
İran İraqla sərhədində kürdlərin yaşadığı şimal hissəsində təhlükəsizlik tədbirlərini gücləndirib. Bundan əlavə olaraq hava məkanını bağlayaraq Ərbil və Süleymaniyyəyə uçuşları qeyri-müəyyən dövrə qədər dayandırıb.
Gununsesi.info