
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg yüksək rütbəli amerikalı məmura istinadən yazır.
“Birləşmiş Ştatlarda İranın İsrailə qarşı qaçılmaz raket hücumu etməyə hazırlaşdığına dair əlamətlər var”, -deyə materialda deyilir.
Agentliyin mənbəsi əlavə edib ki, hücum İran üçün ciddi nəticələrə səbəb olacaq.
Bundan əvvəl bildirilmişdi ki, İran Livana Hizbullah hərəkatına İsraillə döyüşmək üçün qoşun göndərmək niyyətində deyil.