İran İsrailə qarşı kütləvi hücum qərarını yenidən nəzərdən keçirə bilər - Politico

İran HƏMAS lideri İsmayıl Haniyənin Tehranda ölümünə cavab olaraq İsrailə qarşı kütləvi hücumdan imtina edə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Həmsöhbətlər nəşrə bildiriblər ki, Amerika prezidenti Co Bayden administrasiyası son günlər diplomatik kanallar vasitəsilə işləyir.

Tehranı İsrailə hücum qərarını yenidən nəzərdən keçirməyə sövq etmək üçün Yaxın Şərqdəki müttəfiqlərini cəlb etməyə çalışır.

Onlar, öz növbəsində, İrana xəbərdarlıq ediblər ki, kütləvi zərbə regionda gərginliyi artıracaq və iki ölkə arasında birbaşa qarşıdurmaya səbəb ola bilər.

Bundan əlavə, ABŞ səlahiyyətliləri birbaşa İranı Haniyyənin ölümünə mümkün cavabını yenidən nəzərdən keçirməyə çağırıb.

Amerika tərəfi bunu belə əsaslandırıb ki, əgər HƏMAS liderinin ölümündə İsrailin əli varsa belə, heç bir İran vətəndaşı həlak olmayıb, buna görə də hücum planları yenidən nəzərdən keçirilməlidir.

Rəsmilərin fikrincə, Tehran getdikcə Vaşinqtonun mövqeyinə meyllənib.

Politico-nun həmsöhbətləri qeyd ediblər ki, ABŞ artıq İranın İsraili vuracağını gözləmir.

Eyni zamanda rəsmilər hələ də Haniyyənin ölümünə Tehrandan müəyyən reaksiya gözlədiklərini vurğulayıblar.

Eyni zamanda, CNN nəşrinin materialında qeyd olunur ki, “Hizbullah” İranın müdaxiləsindən asılı olmayaraq, komandan Fuad Şükrünün ölümünə görə İsrailə xəbərdarlıq etmədən hücum edə bilər. Tərəflərin belə bir hücumu koordinasiya edib-etmədiyi isə bilinmir.

Qeyd edilir ki, Hizbullah, İrandan fərqli olaraq, Livanın İsraillə yaxınlığını nəzərə alaraq, az və ya heç bir xəbərdarlıq etmədən hərəkətə başlaya bilər.

Bir sıra rəsmilərin fikrincə, mümkün hücumla bağlı İran və Hizbullahın mövqeləri tam üst-üstə düşmür. Mənbələrdən biri etiraf edir ki, onlar arasında hərəkətlərin koordinasiyası olmaya bilər.

İran iyulun 31-də Tehranda Həniyənin ölümündən sonra İsrailə hücum etmək niyyətini açıqlayıb. Respublikanın hakimiyyət orqanları, eləcə də Livan Hizbullahı və HƏMAS hücumda İsraili günahlandırıb və cavab vəd edib. İsrail tərəfi Haniyənin ölümündə əli olduğunu təsdiqləməyib.

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info