İran İsrail mallarının idxalının qarşısını almağa çağırır

  • By admin
  • 12 Dekabr 2023 09:25

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkədə satılan İsrail mallarının siyahısını tərtib etməyə və hökumətə bu malların idxalının qarşısını almağa çağırıb.

Gununsesi.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Qalibaf İran parlamentinin üzvləri ilə danışıb.

O, çıxışında İran konstitusiyasının “Fələstin xalqına hərtərəfli dəstək” və “Sülh və təhlükəsizliyə qarşı sionist rejimin düşməncəsinə davranışlarına qarşı çıxmaq” maddələrinə işarə edib.

“Xarici İşlər Nazirliyi əsas səhmdarları israillilər olan şirkətlərlə əlaqəli malların siyahısını tərtib etməlidir. Hökumət də bu malların idxalının qarşısını almaq üçün lazımi tədbirlər görməyə borcludur”, – iranlı siyasətçi bildirib.

Qalibaf parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsindən bu qanunların icrasına nəzarət etməyi xahiş edib.

İran Konstitusiyasının 123-cü maddəsinə əsasən, İsrail şirkətlərinin məhsullarının ticarəti qadağandır. Eyni zamanda ölkədə İsrail mənşəli çoxlu məhsullar satılır.

Gununsesi.info