İsraillə İran arasında gərkinlik yenidən yüksəlir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi hərbi parad zamanı çıxışında İsrailə qarşı təhdid açıqlaması ilə çıxış edib.
Prezident Rəisi İsrailin İranın təhlükəsizliyinə qarşı ən kiçik bir davranışının Hayfa və Təl-əviv şəhərinin dağıdılmasına yol açacağını bildirib.
İrandan edilən sərt açıqlamada İran İnqilab Keşikçilərinin təkfirci və düşmən qruplarına qarşı güclü bir maneə olduğu vurğulanıb.
“Başda sionist rejim olmaq üzrə düşmənlərin ölkəmizə qarşı ən kiçik bir hərəkəti İran Silqahlı Qüvvələrinin sərt reaksiyası ilə nəticələnəcək”, – deyə Prezident Rəisi açıqlayıb.
Prezidentin qatıldığı hərbi paradda raketlər, zitehli texnikalar, pilotçus uçan aparatlar, radar sistemləri və havadan müdafiə sistemləri sərgilənib.
Tərcümə: Arzu Sayadoğlu