“İran kartı” qlobal güclərin strateji alətinə çevrilir – qarşıdurma hara gedir?

  • By Admin2
  • 17 Aprel 2026 14:27

ABŞ–İsrail–İran xəttində gərginlik artıq regional çərçivəni aşaraq qlobal geosiyasi oyunun əsas elementlərindən birinə çevrilib.

Gununsesi.info-ya danışan siyasi şərhçi Mürtəza Bünyadlı bildirir ki, bu prosesdə “İran kartı” anlayışı xüsusi aktuallıq qazanır: Tehran yalnız münaqişənin tərəfi deyil, həm də böyük güclərin strategiyalarını formalaşdırdığı əsas rıçaqlardan biridir.

“İran yerləşdiyi coğrafi mövqe, enerji resursları və nəqliyyat marşrutlarına çıxışı ilə diqqət mərkəzində qalır. Xüsusilə Hörmüz boğazı üzərində nəzarət imkanları Tehranın geosiyasi əhəmiyyətini daha da artırır”, – deyə politoloq qeyd edir.

O hesab edir ki, ABŞ regionda gərginliyi müəyyən səviyyədə saxlamaqla həm müttəfiqlərini öz təhlükəsizlik çətiri altında saxlayır, həm də qlobal təsir imkanlarını qoruyur. Çin isə daha balanslı siyasət yürüdərək İranla əməkdaşlığı genişləndirir, eyni zamanda Qərblə münasibətləri pozmamağa çalışır. Bu fonda Tehran da passiv mövqe tutmur. O, həm Pekinlə strateji əməkdaşlığı gücləndirir, həm də Qərblə münasibətləri tam kəsmədən manevr imkanlarını qorumağa çalışır.

Elmar

Gununsesi.info