“İran kimi əsas aktorun zəifləməsi Türkiyə ətrafında qeyri-sabitlik yarada bilər” -TÜRKİYƏLİ POLİTOLOQ

“Prezident Rəcəb Tayyib Ərdoğanın İran ətrafındakı gərginliklə bağlı “Bu münaqişə ciddi qlobal nəticələrə səbəb ola bilər” xəbərdarlığı Türkiyənin bölgədə tarazlıq və vasitəçilik rolunu gücləndirən strateji mövqeyini göstərir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay deyib:

“Ankara bu vəziyyəti yalnız sərhəd qonşusu məsələsi kimi görmür, həm də qlobal enerji və təhlükəsizlik balanslarını sarsıda biləcək ciddi risk hesab edir.

Bölgədə İran kimi əsas aktorun zəifləməsi və ya dövlət strukturuna ziyan vurulması Türkiyə ətrafında qeyri-sabitlik yarada bilər.

Türkiyə ABŞ, İran, Körfəz ölkələri və Avropa Birliyi ilə ünsiyyət kanallarını açıq saxlayaraq, münaqişənin daha geniş müharibəyə çevrilməsinin qarşısını almağa çalışır.

 Türkiyə hər hansı xarici müdaxilənin bölgəni idarəolunmaz “od halqasına” çevriləcəyindən narahatdır”.

 

 

Şəbnəm

Gununsesi.info