
İran məhkəməsi Vaşinqtonun ABŞ-ın 1980-ci ildə İranda girovları xilas etmək üçün təşkil etdiyi uğursuz “Qartal pəncəsi” əməliyyatında yaralanan 14 vətəndaşa 420 milyon dollar təzminat ödəməsinə qərar verib.
Gununsesi.info-nun məlumatına görə, İranın dövlət televiziyası xəbər verir ki, Tehran Beynəlxalq Münasibətlər Məhkəməsi ABŞ əməliyyatının qurbanlarının iddiası əsasında ABŞ hökumətinin maddi və mənəvi ziyanı ödəməli olduğuna qərar verib.
Buna uyğun olaraq, Vaşinqton administrasiyası ABŞ ordusunun 1980-ci ildə İranda apardığı əməliyyatda sağ qalan 13 nəfərə və bu əməliyyat zamanı ABŞ qüvvələri tərəfindən girov götürülən 1 nəfərə 420 milyon dollar təzminat ödəməyə qərar verib.
1980-ci ilin aprelində ABŞ 1979-cu ilin fevralında İran inqilabından sonra Tehran səfirliyində girov götürülmüş diplomatları xilas etmək üçün əməliyyata başlayıb.
“Qartal pəncəsi” əməliyyatı adlandırılan əməliyyat İranın Tebes səhrasında qum fırtınası və Amerika hərbçilərinin üzləşdiyi davamlı texniki problemlər səbəbindən uğursuzluqla nəticələnib.
Konkret olaraq, “C-130 Hercules” təyyarəsi və bir vertolyot yanacaq doldurarkən partlayıb və nəticədə 8 amerikalı əsgər həlak olub.
Gununsesi.info