
İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri, Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşü yerli mətbuat tərəfindən geniş işıqlandırılıb.
Gununsesi.info-nun məlumatına görə, İranın nüfuzlu mediası Bakı görüşünə xüsusi yer veriblər.
Yayılan xəbərlərdə bildirilir ki, Azərbaycan regionun inkişaf etmiş dövlətidir. Azərbaycan Prezidentinin bu cür görüşlər təşkil etməsi onun əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və regionda daimi sabitliyin təmin olunması istəyini göstərir.
Qeyd olunur ki, regionun iqtisadi potensiala malik dövlətlərinin bir araya gəlməsi gələcək üçün böyük perspektivlər vəd edir.
Gülnaz Qənbərli
Gununsesi.info