İran MAQATE-yə XƏBƏRDARLIQ ETDİ – Davam edərsə, razılaşmanı...

  • By admin
  • 28 Oktyabr 2021 10:23

İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) xəbərdarlıq edərək nüvə fəaliyyətləri ilə bağlı məxfi və texniki məlumatları mətbuata təqdim etməyə davam edəcəkləri təqdirdə agentliklə razılaşmanı yenidən nəzərdən keçirəcəklərini bəyan edib.

Gununsesi.info xəbər verir ki, İranın Atom Enerjisi Agentliyinin nümayəndəsi Bəhruz Kəmalvəndi mətbuata açıqlama verərək Beynəlxalq Atom Enerjisi Agentliyini İranla bağlı məxfi və texniki məlumatları paylaşmaqda ittiham edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) davamlı olaraq mətbuata İranın nüvə fəaliyyətləri ilə bağlı məlumatlar verdiyini bildirən Kemalvendi agentliyin bu mövzuda ümumi olaraq məlumat paylaşmalı olduğunu deyib. O qeyd edib ki, MAQATE-nin paylaşdığı məlumatlar kommersiya xarakterlidir və paylaşılmamalıdır. Onun sözlərinə görə, MAQATE prezidentinə göndərdikləri məktub belə mətbuata verilir.

İran rəsmisi başqa ölkələrdə belə bir təcrübənin olmadığını vurğulayıb və agentlik belə məlumatları verməyə davam edərsə, razılaşmanı nəzərdən keçirəcəklərini bildirib.

Gununsesi.info