İran “Mossad”la əlaqədə ittiham olunan 4 nəfəri edam etdi

edam

İran İsrailin Mossad kəşfiyyat xidməti ilə əlaqəsi olan dörd nəfərlik “təxribat qrupu”nu edam edib.

Gununsesi.info bildirir ki, bu barədə İranın “Mizan” xəbər agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Mossad rəsmilərinin rəhbərliyi altında ölkənin təhlükəsizliyinə təhdid yaradacaq hərtərəfli hərəkətlər edən sionist rejimə bağlı təxribat qrupunun dörd üzvü məhkəmə araşdırmalarından sonra bu gün səhər saatlarında edam edilib”.

Gununsesi.info