İran Müdafiə Nazirliyinin obyektində təxribat planlaşdırmış şəxsi edam edib

  • By ilhame
  • 03 Mart 2024 22:13

İran Müdafiə Nazirliyinin obyektini partlatmağı planlaşdırmış terrorçu bir ildən çox əvvəl edam edildiyi məlum olub.

 

Gununsesi.info-nun “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, hücum edən şəxs Müdafiə Nazirliyinin İsfahandakı emalatxana kompleksində təxribat törətməyi planlaşdırıb. Planlaşdırma İsrail kəşfiyyatının rəhbərliyi altında həyata keçirilib.

 

Cinayətkar 2023-cü il yanvarın 28-də edam edilib.

Gununsesi.info