İran müdafiə nazirinin sabiq müavini EDAM OLUNACAQ

  • By admin
  • 11 Yanvar 2023 21:51

İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri edama məhkum olunub.

Gununsesi.info xəbər verir ki, onun Britaniya kəşfiyyatına casusluqda ittiham olunduğu bildirilir.

İranın Kəşfiyyat Nazirliyinin yayımladığı məlumata görə, Ə.Əkbəri ölkənin həssas qurumlarında müxtəlif məlumatları əldə edərək bilərəkdən Britaniya kəşfiyyatına ötürüb.

Ə.Əkbərinin nə zaman edam olunacağı açıqlanmayıb.

Qeyd edək ki, Ə.Əkbəri 2019-cu ildən həbsdədir.

Gununsesi.info