İran niyə Qafanda tezbazar konsulluq açdı?

Bu gün Ermənistanın Qafan şəhərində İranın Baş konsulluğu açılıb.

Gununsesi.info xəbər verir ki, açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian iştirak edib.

HTML tutorial

Açılışı mərasiminin görüntüləri isə sosial şəbəkələrdə geniş müzakirələr səbəb olub. Belə ki, Qafanda yerləşən konsulluğun yerləşdiyi binanın hələ tam olaraq təmirdən çıxmadığı aydın görünür. Diqqəti çəkən başqa bir məqam isə açılış mərasimində çəkilən görüntülərdə nazirlərin konsulluqda yaradılan şəraitlə tanış olmaması olub. Bəzi istifadəçilər isə bunu konsulluğun içərisinin tam təmir olunmaması əlaqələndirib. Konsulluğun fotolarına baxdıqda da, o diplomatik nümayəndəlikdən daha çox ictimai iaşə obyektinə bənzəyir.

Ekspertlər isə İranın belə tez-tələsik Qafanda konsulluq açmasını bir növ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan səfərinə cavab kimi dəyərləndirirlər. Çünki iranlı nazir Ərdoğanın Azərbaycan səfəri zamanı gözlənilmədən İrəvana getdi və yalnız bundan sonra mediada Qafan şəhərində Baş Konsulluğunun açılacağına dair xəbərlər yayıldı.

Gununsesi.info