“Əgər ABŞ öz öhdəliklərini yerinə yetirərsə və İran nümayəndə heyətinə vaxtında viza verərsə, Tehran BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 81-ci sessiyasında iştirak etməyi planlaşdırır”.
Gununsesi.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“Əlbəttə, ev sahibi ölkənin öz öhdəliklərini yerinə yetirməsi və razılaşmaya uyğun olaraq vizaları vaxtında verməsi şərtilə bu sessiyada iştirak etməyi planlaşdırırıq”, – o bildirib.
Bəqayi əlavə edib ki, Tehran bu platformadan İranın cari məsələlərlə bağlı mövqeyini aydınlaşdırmaq üçün istifadə etmək niyyətindədir.












