“İran onlara sərt cavab verməlidir” -İran prezidenti

“İran əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra ölkəni bürümüş etirazlara sərt cavab verməlidir”.

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib

HTML tutorial

Agentlik qeyd edir ki, ölkədə son illərin ən böyük etiraz aksiyaları keçirilir. İran dövlət başçısı etirazla ictimai asayişin və təhlükəsizliyin pozulmasını bir-birindən ayırmağın vacibliyinə işarə edib. O, ölkədə baş verən hadisələri iğtişaş adlandırıb. Bununla bağlı Rəisi “ölkənin təhlükəsizliyinə və əmin-amanlığına qarşı çıxanlarla məşğul olacağına” söz verib.

Yerli televiziyanın məlumatına görə, həftə ərzində iğtişaşlar zamanı azı 41 nəfər həlak olub. Qeyd olunur ki, İranın əksər əyalətlərində etiraz aksiyaları keçirilir

Sentyabrın 16-da İranda 22 yaşlı Məhsa Əmininln hicabı “düzgün” taxmadığı üçün “əxlaq” polisi tərəfindən öldürüldüyü iddia olunur. Əmini qohumlarını ziyarət etmək üçün Tehrana gəlib. Şəhərdə o, şəriət normalarına riayət olunmasına nəzarət edən polis əməkdaşlarından ibarət xüsusi dəstə tərəfindən saxlanılıb. Öz növbəsində Böyük Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi onun ürəktutmasından öldüyünü açıqlayıb. Bundan sonra əhali ayağa qalxıb, iranlılar kütləvi şəkildə saçlarını kəsməyə, hicablarını yandırmağa başlayıblar və ölkəni etirazlar bürüyüb.

Gununsesi.info