İran onu gizlicə edam etdi

  • By admin
  • 25 Dekabr 2023 14:19
edam

İranda qeyri-qanuni nümayişlərə qatıldığı üçün həbs edilən 20 yaşlı gəncin gizli şəkildə edam edildiyi və sıx təhlükəsizlik tədbirləri altında dəfn edildiyi iddia edilib.

Gununsesi.info xəbər verir ki, İranda insan haqlarını müdafiə edən və mənzil-qərargahı Norveçdə yerləşən “Henqaw” qeyri-hökumət təşkilatı İranın qərbində Həmədan həbsxanasında saxlanılan Milad Zöhrəvənd adlı gəncin sübh çağında edam edildiyini açıqlayıb.

Eyni qeyri-hökumət təşkilatı bildirib ki, son edamla İranda 2022-ci ilin sentyabrında başlayan nümayişlərə görə həbs olunan və edam edilənlərin sayı 8-ə çatıb.

Edam edilən gəncin 20-yə yaxın yaxınının dəfn mərasiminə gəlməsinə icazə verildiyini bildirən qeyri-hökumət təşkilatı dəfn zamanı sıx təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.

Norveçdə yerləşən insan haqları təşkilatı ədalətli mühakimə olunmadığını bildirib.

Ümumilikdə İranda azlıqların hüquqları ilə məşğul olan “Henqaw” edamın gizli həyata keçirildiyini və edam edilən gəncə son anda xəbər verilmədiyini və son dəfə ailəsi ilə görüşməsinə icazə verilmədiyini bildirib.

Gununsesi.info