İran orbitə üç peyk buraxacaq - NAZİR AÇIQLADI

  • By admin
  • 03 Fevral 2018 18:44

“İran orbitə üç peyk buraxacaq”.

Gununsesi.info xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri deyib. M. Azəri bildirib ki, peyklər ölkənin universitetlərində layihələşdirilib və orbitə buraxılmaq üçün son tamamlama işləri görülür.

Onun sözlərinə görə, peyklərin birini Şərif Universiteti hazırlayıb və peyklər qısamüddətli tədqiqatlar üçün nəzərdə tutulub.

Gununsesi.info