İran parlamentində ölənlərin sayı 7-yə çatıb - SİLAHLININ GÖRÜNTÜSÜ YAYILDI - YENİLƏNİB (4) + FOTO + VİDEO

  • By admin
  • 07 İyun 2017 12:10

20101112fire

“İŞİD” Terror Təşkilatının bir qrup silahlı dəstəsinin İranın parlament binasına və Ayətullah Xomeyninin türbəsinə təşkil etdiyi hücum zamanı 7 nəfər ölüb, 4 nəfər isə girov götürülüb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İranın “Fars” Xəbər Agentliyi məlumat yayıb.

Belə ki, agentliyin məlumatına görə, hadisə nəticəsində İran parlamentinin bir təhlükəsizlik əməkdaşı həlak olub, ən azı 8 nəfər isə yaralanıb.

Qeyd edək ki, İran Parlamentinə hücum edən silahlılardan biri təhlükəsizlik əməkdaşları tərəfindən tutulub, digəri sirkə turşusu içərək intihar edib, sonuncu silahlı isə özünü parlamentin daxilində partladıb.

***

11:46

İran İslam Respublikasının Milli Məclisində atışma olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranın “Fars” və “Mehr” Xəbər Agentliklərinin məlumatına görə, İran parlamentinə hücum baş verib.

Belə ki, İranın “Tasnim news” Xəbər Agentliyinin verdiyi ilkin məlumata görə, 3 nəfər silahlı şəxs parlamentə daxil olaraq 2 nəfəri yaralayıb. İran parlamentin daxilində təhlükəsizlik əməkdaşları ilə naməlum silahlı şəxslər arasında davam edən intensiv atışma zamanı silahlılar bir neçə nəfəri girov götürüblər.

Qeyd edək ki, ancaq İran polisi bu məlumatları təsdiqləməyib. İran polisinin verdiyi informasiyaya görə, hücumda bir təhlükəsizlik işçisi ölüb.

Millət vəkili İlyas Həzrəti təcavüzkarlardan ikisinin əlində “AK74” Kalaşnikov avtomatı, digərinin əlində isə tapançanın olduğunu deyib.

Hadisə şahidinin “Reuters” Agentliyinə bildirib ki, hazırda İran parlamentində baş verən qarşıdurma sona çatıb.
İranın “Fars” Xəbər Agentliyi isə İran parlamentinə daxil olan silahlı şəxslərdən birinin özünü partlatdığını bildirib.

***

10:52

 

İran parlamentində atışma davam edir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İran Xəbər Agentliyi məlumat yayıb.

Belə ki, İran parlamentin daxilində təhlükəsizlik əməkdaşları ilə naməlum silahlı şəxs arasında davam edən intensiv atışmanın nəticəsində parlamentin bir təhlükəsizlik əməkdaşı ölüb, silahlı şəxs isə sağ olaraq ələ keçirilib.

Qeyd edək ki, hazırda tutulan şəxsin şəxsiyyəti ilə bağlı məlumat verilmir.

Faktla bağlı aşdırma aparılır.

***

10:22

 

Bu gün səhər saatlarında İranda naməlum silahlı şəxs parlamentə hücum edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda İran Xəbər Agentliyi məlumat yayıb.

Belə ki, agentliyin məlumatına görə, hadisə nəticəsində İran parlamentinin bir təhlükəsizlik əməkdaşı yaralanıb.

Hazırda parlamentin daxilində təhlükəsizlik əməkdaşları ilə naməlum silahlı şəxs arasında intensiv atışmanın getdiyi bildirilir.

Məlumatda qeyd edilir ki, naməlum silahlı şəxs parlamentdə çalışan bir neçə şəxsi girov götürüb. Hazırda girov götürlənlərin şəxsiyyəti barədə məlumat verilmir.

Bundan başqa Ayətullah Ruhullah Musəvi Xomeyninin Türbəsi qarşısında da silahlı qarşıdurma baş verib.

unnamed (12) unnamed (13)

unnamed (9) unnamed (10) unnamed (11)

unnamed (4) unnamed (5) unnamed (6) unnamed (7) unnamed (8)

Anar
Gununsesi.info