İran parlamentində QAPALI İCLAS

İran parlamenti ölkədə etirazlarla bağlı qapalı iclas keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə IRNA xəbər verir.

HTML tutorial

İranın daxili işlər naziri Əhməd Vahidi parlamentarilərə ölkədə son həftələr baş verən hadisələrlə bağlı hesabat təqdim etməli idi. İclasda həmçinin İran Polisinin rəisi, briqada generalı Hüseyn Əştəri də çıxış etməli idi.

Söhbət eləcə də sentyabrın 30-da İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətində yerləşən Zahedan şəhərində polis bölməsinə hücumdan gedir. Həmin vaxt İslam İnqilabı Keşikçiləri Korpusunun yerli kəşfiyyat şöbəsinin rəhbəri də daxil olmaqla 19 nəfər öldürülüb.

Eyni zamanda İran Prezidenti İbrahim Rəisi İslam Respublikasının düşmənlərini ölkənin inkişafına mane olmaq üçün etiraz aksiyalarının təşkilində ittiham edib.

İranda 10 gündən artıqdır ki, hicab qaydasını pozmaqda ittiham edilən 22 yaşlı Məhsa Əmininin polis idarəsində ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Hakimiyyət orqanları 1 189 nəfəri saxlayıb.

Gununsesi.info