İran Parlamentinin spikeri Türkiyəyə səfər edib

  • By admin
  • 21 Noyabr 2017 20:58

Gununsesi.info xəbər verir ki, İran Parlamentinin spikeri Əli Laricani Asiya Parlament Assambleyasının X iclasında iştirak etmək üçün İstanbula gəlib.

Məlumata görə, bu gün İstanbulda keçirilən Asiya Parlament Assambleyasının X iclasında iştirak etməklə yanaşı, Ə.Laricaninin türkiyəli həmkarı ilə görüşü də gözlənilir.

Qeyd edək ki, Asiya Parlament Assambleyasının X iclası İstanbulda 21-24 noyabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, Asiya Parlament Assambleyasının IX iclası 2016-cı ildə Kambocada keçirilib.

Gununsesi.info