İran prezidenti İbrahim Rəisi 50 ölkənin liderinə məktub göndərərək, İsrailin Qəzza zolağına hücumlarını dayandırması üçün rəsmi Təl-Əvivə təzyiq göstərməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Rəisinin mesajı Rusiya və Çin prezidentləri ilə yanaşı, İordaniya, Qazaxıstan, Türkiyə, Keniya və Cənubi Afrikanın liderlərinə ünvanlanıb.
İ.Rəisi məktubu alan liderləri birliyə və koordinasiyaya çağırıb ki, nəticədə İsrail Qəzzada atəşkəs elan etmək məcburiyyətində qalıb.
Qəzzaya nəzarət edən Fələstinin radikal HƏMAS hərəkatının məlumatına görə, İsrailin zərbələri nəticəsində ölənlərin sayı 13 min nəfərə çatıb. Onların arasında 5500-dən çox uşaq da var. 30 minə yaxın insan yaralanıb.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, ölən İsrail əsgər və zabitlərinin sayı 380-ə çatıb. Oktyabrın 7-də HƏMAS-ın hücumu zamanı İsraildə 1200 nəfər həlak olub, 240-a yaxın insan isə əsir və girov götürülüb.
Gununsesi.info