İran Prezidenti də Səudiyyə Ərəbistana getdi

İran Prezidenti Seyid İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfər edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.

 

Agentliyin sözlərinə görə, bu ölkələr arasında münasibətlərin bərpasından sonra İran Prezidentinin ilk səfəridir.

 

Rəisi Ər-Riyada səfərindən əvvəl verdiyi müsahibədə bir daha deyib ki, Qəzza zolağının bombalanması dərhal dayandırılmalı, regionun blokadası aradan qaldırılmalı və humanitar yardımların çatdırılması təmin edilməlidir. Məlumatda o da bildirilib ki, İran Prezidenti İslam Əməkdaşlıq Təşkilatının Fələstindəki vəziyyətlə bağlı fövqəladə sammitində iştirak edəcək.

 

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı bir müddətdir ki, İsrailin intensiv bombardmanlarına məruz qalan Qəzza zolağında yaranmış kritik vəziyyətlə əlaqədar İƏT-ə və Ərəb Dövlətləri Liqasınına üzv ölkələrin iştirakı ilə birgə sammitin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

 

 

Gununsesi.info