İran prezidenti xalqı hədələdi

  • By admin
  • 24 Sentyabr 2022 16:12

İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar bir çox şəhərlərdə davam edərkən, İran prezidenti İbrahim Rəisi nümayişlərə ciddi şəkildə müdaxilə oluna biləcəyi siqnalını verib.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Prezident “İran ölkənin təhlükəsizliyinə və əmin-amanlığına zidd hərəkət edənlərlə qətiyyətlə mübarizə aparmalıdır” deyib.

HTML tutorial

O, bu sözləri xalqla toqquşma zamanı həyatını itirən mühafizəçinin ailəsinə açdığı başsağlığı telefonunda deyib.

Səkkizinci gündə baş verən etirazlarda ən azı 35 nəfər həyatını itirib. Dövlət mediası ölənlər arasında 5 mühafizəçinin olduğunu bildirir.

Ölkənin qərbində bir şəhərin nümayişçilərin nəzarətinə keçdiyi də qeyd edilir.

Norveçin paytaxtı Osloda yerləşən İran İnsan Haqları adlı təşkilat uniformalı bir şəxsin Kalaşnikov tipli silahla nümayişçilərə atəş açması videosunu paylaşıb.

Videonun Tehranın Firdovsi bulvarında lentə alındığı bildirilir.

AFP xəbər agentliyi xəbər verir ki, oxşar videolar Piranşəhr və Urmiya şəhərlərində də çəkilib.

Amnesty İnternational, həmçinin 20 şəhərdə nümayişçilərə canlı güllələrin atıldığına dair dəlillərin olduğunu bildirib.

İran'ın başkenti Tahran'dan protesto görüntüsü

Təşkilat iddia edib ki, təkcə çərşənbə günü axşam saatlarında üçü uşaq olmaqla azı 19 nəfər təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

Kürd əsilli 22 yaşlı Mahsa Əmini Tehranda baş örtüyü yoxlayan əxlaq polisi tərəfindən saxlanıldıqdan üç gün sonra dünyasını dəyişib.

Əmininin həbsdə olarkən döyüldüyü və işgəncələrə məruz qaldığı və bu səbəbdən komaya düşdüyü iddia edilib. Digər tərəfdən, polis Amininin Tehranda mənəviyyat polisi tərəfindən gətirilən polis bölməsində ürək xəstəliyindən qəfil öldüyünü iddia etdi.