İran prezidenti Məsud Pezeşkiana İsrailə qarşı gözlənilən raket hücumu barədə əvvəlcədən xəbərdar edilməyib.
Gununsesi.info xəbər verir ki, bu barədə New York Times (NYT) mənbələrə istinadən yazır.
“Hücum İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilib və nizami İran ordusu və ya İran Hərbi Hava Qüvvələrinin əməliyyatı deyil”, – nəşr qeyd edir.
Materialın müəlliflərinə görə, Pezeşkianın prosesdən xəbərsiz olması İranın siyasi elitasının yaşadığı mümkün parçalanmadan xəbər verir.
Daha əvvəl NYT İranın İsrailə hücumunun iki ölkə arasında qarşıdurmada dönüş nöqtəsi olduğunu yazmışdı.