İran prezidentinin andiçməsi keçirildi – Foto

  • By admin
  • 05 Avqust 2017 18:16

iran-pre

Tehranda parlament binasında İran prezidenti Həsən Ruhaninin inauqurasiyası keçirilib.

Trend-in məlumatına görə, rəsmi mərasimdə H.Ruhani parlament üzvləri, siyasətçilər və xarici qonaqlar qarşısında and içib. Bu gün eyni zamanda, İran prezidentinin yeni hökumətin tərkibini təqdim edəcəyi də gözlənilir.

H.Ruhaninin inauqurasiyasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti də iştirak edir.

Qeyd edək ki, Ruhani may ayında İranda keçirilən prezident seçkilərində növbəti dəfə qalib gəlib.

 

Gununsesi.info