İran hesab edir ki, Qərbin İsrailə qarşı təmkinli çağırışları beynəlxalq hüququn prinsiplərinə ziddir.
Gununsesi.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.
O, Fransa, Almaniya və Böyük Britaniyanın İranı İsrailə hücum etməməyə çağırdığı birgə bəyanatını siyasi məntiqdən məhrum adlandırıb.
Kənani deyib: “Sionist rejimin (İsrail) cinayətlərinə heç bir etiraz etmədən, üç Avropa ölkəsinin bəyanatı həyasızcasına İrandan onun suverenliyi və ərazi bütövlüyünün pozulmasına cavab verməməyi tələb edir”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, Tehran İsraili cilovlamaqda qərarlıdır və Paris, Berlin və Londonu “birdəfəlik Qəzzada müharibəyə və İsrailin müharibə qızışdırmasına qarşı çıxmağa” çağırıb.
Avqustun 12-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ prezidenti Co Baydenin Almaniya, İtaliya, Fransa və Böyük Britaniya liderləri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyini bildirib.
Rəsmi bildirib ki, ölkələr ABŞ-ın mövqeyini bölüşür və İranı İsrailə hücum etməkdən çəkinməyə çağırır.