İran Qərbi nüvə proqramı ilə bağlı imzalanan sazişdən çıxacağı ilə HƏDƏLƏDİ

  • Müəllif: admin
  • 15 Avqust 2017 12:24

iran_(1)

“Əgər ABŞ İrana qarşı sanksiyaları davam etdirərsə, İran o zaman nüvə proqramı ilə bağlı imzalanan sazişdən istənilən an çıxa bilər”.

Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla İran prezidenti Həsən Ruhani çıxış edib.

“Frans Press”in yaydığı məlumata görə, İran prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı sanksiyalar tətbiqinə ciddi etriaz edərək, Tehranın da buna adekvat reaksiyalarının olduğunu dilə gətirib: “Onsuz da ABŞ-ın uğursuz sanksiya siyasəti bundan öncəki administrasiyanı da danışıqlar masası arxasında oturmağa vadar edib. Əgər onlar bu praktikaya  əsaslanaraq qısa zamanda danışıqşlar masasına əyləşməzsə, o zaman biz əvvəlki vəziyyətə qayıda bilərik”.

İran prezidenti onu da bəyan edib ki, son hadisələr bir daha ABŞ prezidenti Donald Trampın yaxşı tərəfdaş və danışıqlarda etibarlı tərəf olmadığını  sübut etdi.

Qeyd edək ki, 14 iyul 2015-ci ildə İranla və Qərb ölkələrindən ibarət altı ölkə arasında nüvə proqramının nizamlanması ilə bağlı saziş imzalanıb və bu sazişə əsasən İrana qarşı bir sıra sanksiyalar aradan qaldırılıb.

Gununsesi.info