İran Hərbi Dəniz Qüvvələri Fars körfəzində 210 min litr qaçaqmal yanacaq daşıdığı iddia edilən iki tankerin qarşısını alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb. Hormozqan vilayətinin baş prokuroru Müctəba Kahrmani bildirib ki, gəmilər Qeşm adası yaxınlığında ələ keçirilib.
İran hakimiyyəti tankerin 14 ekipaj üzvünün saxlanıldığını bildirir.
Qeyd edək ki, çərşənbə günü İran həmçinin Fars körfəzində 4 milyon 580 min litr qaçaqmal yanacaq daşıyan iki tankerin saxlandığını bildirib.
Gununsesi.info