İran Qarabağ münaqişəsi tərəflərindən heç birini dəstəkləmir – General

  • By admin
  • 11 Fevral 2021 15:33

İran Qarabağ münaqişəsi tərəflərindən heç birini dəstəkləmir.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin Quru Qoşunları komandanının briqada generalı Kəyumərs Heydəri deyib.

Onun sözlərinə görə, Tehran Azərbaycan və Ermənistana mövcud fikir ayrılıqlarını həll etmək üçün alternativ yol təklif edir: “İran bölgədə özü üçün qırmızı xətlər təyin edib. Bunlar bölgənin coğrafiyasında dəyişikliklərin qarşısını almaqdan ibarətdir”.

General qeyd edib ki, Ermənistan və Azərbaycanla ortaq sərhədləri qoruyarkən İran Silahlı Qüvvələri bu sərhədlərdən kənarda hadisələrin inkişafını yaxından izləyir. Heydəri əmin edib ki, indi İranın şimal sərhədlərini heç bir şey təhdid etmir.

Gununsesi.info