İran Qarabağa yenə yük daşıyır: Yeni GÖRÜNTÜLƏR - FOTO/VİDEO

  • By admin
  • 11 Sentyabr 2021 15:19

Avqustun 11-dən sentyabrın 10-na qədər İrandan Xankəndiyə müxtəlif təyinatlı 58 yük maşını gəlib, onlardan 55-i sonradan geri qayıdıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Caliber.az saytı məlumat yayıb.

İranlılar sərhədi keçən zaman hiyləyə əla taır. Belə ki, Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olan zaman maşına erməni nömrələri bağlayır və bununla da yük avtomobillərinin əsl sayını gizlətməyə çalışırlar. Ancaq nömrələrin təkrarlanması və yük maşınlarına dəfələrlə vurulması diqqətdən qaçmayıb.

Qeyd edək ki, 11 iyuldan 8 avqusta qədər İrana məxsus 35 yük maşını (31 yanacaqdaşıyan və 4 TIR) Laçın dəhlizindən 70 dəfə gəlib geçib.

Məlum məsələ ilə bağlı mediada məlumatlar və görüntülər yayıldıqdan sonra Azərbaycan XİN İran səfiri Seyid Abbas Musəvini dəvət edərək etirazını çatdırmışdı. səfir osə öz növbəsində məsələ ilə bağlı araşdırılma aparılıb, tədbir görüləcəyinə söz vermişdi.

Rəsmi Bakı həmin vaxt bəyan etdi ki, İranın yeni administrasiyası tərəfindən bu kimi qanunsuz hallara son qoyulması istiqamətində əməli addımların atılacağını gözləyir. Düz bir ay keçsə də, İran tərəfi bu kimi hadisələrin qarşısını almaq üçün heç bir tədbir görmür. Əksinə, ermənilərə yardımlarını davam etdirir.