İran “qardaş” ölkəsinə viza rejimini ləğv etdi

  • By admin
  • 11 İyul 2016 13:58

viza

 

İyulun 10-da Tehran Hökümətinin Nazirlər Kabinetində keçirdiyi iclasında Ermənistanla İran arasında viza rejiminin ləğvi ilə bağlı razılaşma təsdiqlənib. Gununsesi.info İran İR mətubuatına istinadən xəbər verir ki, iclasa sədirliyi İran prezidenti Həsən Ruhani edib.

Qeyd edək ki, iyunun 16-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iki ölkə arasında viza rejiminin ləğvi barədə razılaşma imzalayıblar. Sənəd Ermənistan parlamenti tərəfindən təsdiq olunub. Sənədə əsasən, İran və Ermənistan vətəndaşları viza olmadan 180 gün ərzində 90 gün ərzində digər ölkənin ərazisində qala bilərlər.

 

Xəyalə Xanəziz