
İran İslam Respublikası Azərbaycanla Ermənistan arasında 4 kəndin qaytarılması ilə bağlı əldə edilmiş son razılaşmanı təqdir edib.
Gununsesi.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kanani bildirib.
“Biz Azərbaycan ilə Ermənistan arasında bağlanmış sazişlərə hörmət edirik. İki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət çərçivəsində sülh vasitəsi ilə sərhəd məsələlərini həll etmək üçün səylərinin davam etdirilməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması naminə zəruridir”.
Gununsesi.info