İran rəhbərliyindən Əhmədinejada qadağa - ONUN PREZİDENT SEÇKİLƏRİNDƏ İŞTİRAKINA İCAZƏ VERİLMƏYİB

  • By admin
  • 20 Aprel 2017 23:39

mahmud_ahmadinejad

İslam İnqilabı Keşikçiləri Şurası İranın keçmiş prezidenti Mahmud Əhmədinejada prezident seçkilərində iştirak etməyə icazə verilməyib.

Gununsesi.info-nun vesti.ru-ya istinadən verdiyi xəbərə görə, Əhmədinejad apreldə prezident seçkiləri üçün namizəd qismində qeydiyyatdan keçib.

Seçkilərdə indiki prezidenti Həsən Ruhanidən başqa beş namizəd iştirak edəcək. Prezident seçkiləri mayın 19-da keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl İranın Ali lideri ayətulla Əli Xamneyi M.Əhmədinejatı seçkilərdə iştirak etməməyə çağırmışdı.

Gununsesi.info