İran rəsmiləri Bakıya gəlir

  • By admin
  • 09 Fevral 2017 18:00

cavad-cahangirzade-1

İran Mərkəzi Bankının rəhbəri Vəliullah Seif gələn həftə Azərbaycana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, fevralın 12-13-də baş tutacaq səfər çərçivəsində V.Seif Bakıda iranlı iş adamları üçün bank əməliyyatlarının sadələşdirilməsi, iki ölkə arasında bank sektorunda əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə edəcək.

Səfir həmçinin onuda vurğulayıb ki, İranın ədliyyə naziri Mustafa Pur-Məhəmmədi fevralın 16-17-də Azərbaycana səfər edəcək.

Onun sözlərinə görə, Bakıdakı danışıqlar zamanı nazir qurumlar arasındakı əməkdaşlığı, məhbusların mübadiləsi məsələsini və digər aktual məsələləri müzakirə edəcək.

Mürtəza

Gununsesi.info