İran rəsmisi: “Azərbaycan İran yük maşınlarından 250 dollar rüsum alır”

  • By admin
  • 08 Noyabr 2022 10:55

İranın Ticarətin İnkişafı Təşkilatının Mərkəzi Asiya, Qafqaz və Rusiya regionu üzrə şöbəsinin müdiri Rəhmətullah Xurmalı İLNA-ya müsahibəsində deyib: “Son siyasi hadisələrdən sonra İran və Ermənistanın ticarət mübadiləsi apardığı yolun bir hissəsi Azərbaycan ərazisinə əlavə olunub və azərbaycanlılar hər bir İran yük maşınına görə 250 dollara yaxın rüsum alır və bu logistik maneə İranın Ermənistana ixracının azalmasına təsir göstərib”.

Sual: Ermənistanın baş nazirinin Tehrana səfəri zamanı İran prezidenti iki ölkə arasında ticarət əlaqələrinin 3 milyard dollara çatdırılması hədəfini qaldırıb. Bu rəqəmə çatmaq praktiki olaraq mümkün olacaqmı?

– Bu rəqəmin üfüqdə neçə ildən sonra reallaşacağını bilmirəm. Amma İranla Ermənistan arasında ticarət hədəfi bu ilin sonuna kimi 400 milyon dollar civarında, Ermənistandan idxalımız isə 20 milyon dollar olacaq.

Gununsesi.info