Gununsesi.info-nun Biləsuvar rayonundan olan daimi oxucusu redaksiyamıza aktual mövzu ilə bağlı müraciət edib.
Oxucumuz yazır ki, Azərbaycan və İran hökumətləri arasındakı gərginlik həm də iki ölkənin informasiya cəbhəsində də gedir: “Amma Azərbaycanın Cənub bölgəsində İran radioları bizim FM dalğasında yayılır. Həm fars, həm də azərbaycan dilində ölkəmiz əleyhinə yalanlar danışılır. Dövlətin bundan xəbəri olmamış olmaz. Çox maraqlıdır ki, tədbir yoxdur. Son zamanlar Azərbaycanla İran arasında gərginlik var. Bizim camaat isə maşında ancaq İran radioları dinləməyə məcburdur. Bu dözülməz haldır. Xahiş edirik ki, hökumət qarşısında bu problemi qaldırın. İran təbliğatına inanmayanlar kimi inananlar da olur. Bunun qarşısı alınmaldır”.
Rauf Məhərrəmov
Biləsuvar sakini