İran raketlərinin uçuş məsafəsini artıracaq

Ekzistensial təhlükə yaranarsa, İran raketlərinin uçuş məsafəsini artıracaq.

Gununsesi.info xəbər verir ki, bunu İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi deyib.

“Əgər İran İslam Respublikası ekzistensial təhlükə ilə üzləşsə, biz qaçılmaz olaraq hərbi doktrinamızın siyasətini dəyişəcəyik. İndiyə qədər Qərbin, xüsusən də avropalıların həssaslığını nəzərə almışıq. Amma onlar bizim həssaslığımızı nəzərə almadıqda, xüsusən də İran İslam Respublikasının ərazi bütövlüyü məsələsində onların həssaslığını nəzərə almağa davam etmək üçün heç bir əsasımız yoxdur”-deyə o, vurğulayıb.

Xərrazinin sözlərinə görə, İran nüvə silahı istehsal etməyə də qadirdir, lakin onun fəaliyyəti ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin mandatı ilə məhdudlaşır və kütləvi qırğın silahlarının yaradılmasını qadağan edir.

Bundan əvvəl Ali Rəhbər Xamenei İsrailə qarşı cavab zərbəsi planının hazırlanması barədə göstəriş vermişdi.

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra İranın İsrailə qarşı növbəti hücuma keçəcəyi gözlənilir.

 

 

Şəbnəm

Gununsesi.info