

İran Rusiyadan Su-30 çoxməqsədli qırıcı təyyarələr alır.
Gununsesi.info Tasnim-ə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Hüseyn Dehqan deyib.
“Su-30 qırıcılarının alınması məsləsi hazırda İran Müdafiə nazirliyinin gündəmində olan məsələdir”- deyə, iranlı nazir bildirib.
İranlı nazir qırıcıların konkret olaraq nə zaman alınacağı və sayı ilə bağlı məsələyə aydınlıq gətirəməyib.
O,deyib ki, hazırda bu məsələ müzakirə olunur.
Bununla belə, H.Dehqan yaxın gələcəkdə İranın “Kərrar” adlı tank da istehsal edəcəyini söyləyib:
“Bu tank göstəricilərinə görə Rusiyanın “T-90″ tankından üstün olmasa da, ona bərabər olacaq”.
H.Dehqan yaxın gələcəkdə “İmad-2” adlı ballistik-raketin istehsalına başlayacaqlarını, “İmad-1”-in isə istehsalını davam etdirdiklərini də söyləyib.
Gununsesi.info
H.Dehqan yaxın gələcəkdə “İmad-2” adlı ballistik-raketin istehsalına başlayacaqlarını, “İmad-1”-in isə istehsalını davam etdirdiklərini də söyləyib.
Gununsesi.info