İran Rusiyadan Su-35 qırıcıları alır

  • By admin
  • 16 Yanvar 2023 13:09

Moskva ilə əldə olunan razılaşmaya əsasən, İran üç ay ərzində Rusiyadan Su-35 qırıcıları alacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyinə parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü Şəhriyar Heydəri bildirib.

Onun sözlərinə görə, təyyarələr İrana martın 21-dən sonra gətirləcək.

Deputat əlavə edib ki, Tehran həmçinin Rusiyadan bir sıra digər hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri, raket sistemləri və helikopterlər sifariş edib ki, onların da əksəriyyəti yaxın vaxtlarda ölkəyə gətiriləcək.

Qırıcıların bir hissəsinin İran Hərbi Hava Qüvvələrinin İsfahan şəhərindəki bazasında yerləşəcəyi gözlənilir.

Ötən bir neçə ay ərzində İran və Rusiya iqtisadi, ticarət, enerji və hərbi əməkdaşlığı gücləndirmək üçün bir sıra sazişlər imzalayıblar.

Gununsesi.info