İran Ruslara yenidən öz avibazasını təqdim etməyə hazırdır

  • By admin
  • 26 Noyabr 2016 21:06

hamadan

Tehran Həmədandakı aviabzasını yenidən Rusiyaya Suriyadakı əməliyyatlar üçün istifadəyə verməyə hazırdır.

Gununsesi.info Tasnim-ə istinadən xəbər verir ki, belə bir fikri İranın müdafiə naziri Hüseyn Dehqani bu gün nazirlikdə keçirilən müşavirədə çıxışı zamanı deyib.

Nazir deyib ki, Tehran Suriyadakı vəziyyət tələb edəcəyi təqdirdə, Həmədan yaxınlığındakı “Noje” aviabazasını Rusiyanın istifadəsinə verməyə hazıdır.

“Əgər yaranmış vəziyyət və şərait tələb edərsə, biz Suriyaya yarım etmək məqsədi ilə bu işi yerinə yetirəcəyik”- deyə, nazir bildirib.

Qeyd edək ki, ruslar avqust ayında bu aviabazadan Suriyada İŞİD və “Cebhate ən-Nusra”-nın hədəflərini vurmaq üçün istifadə ediblər.

Gununsesi.info