Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

27 May 2016 - 14:09

İran Səfiri: “İki ölkə arasında viza sadələşdirilməsi 2-3 aya başa çatacaq” - EKSKLÜZİV MÜSAHİBƏ

iran sef

“İran Neftçalada avtomobil zavodu tikəcək”

 

Son dövrlərdə Azərbaycanla İran arasında çox isti münasibətlər yaranıb. Təkcə son iki il ərzində  dövlət başçıları səviyyəsində altı görüş keçirilib. Bundan əlavə olaraq 60- yaxın yüksək səviyyəli qarşılqılı səfərlər olub. Artıq iki ölkə arasında bir sıra konkret birgə layihələr üzərində iş gedir. Bu layihələr içərisində isə ən mühümü Azərbaycan və İran dəmiryolu  qovşağının birləşdirilməsidir ki, bu istiqamətdə sürətli işlər gedir. Artıq Azərbaycan tərəfi “Şimal-Cənub” dəmir yol xəttinin  qısa zamanda başa çatması üçün Astara (Azərbaycan)- Astara (İran) dəmiryolu, Astaraçay üzərində dəçiryol körpüsü tikintisini həyata keçriməklə məşğuldur. Bundan əlavə olaraq Azərbaycan tərəfi Astara(İran) – Rəşt dəmiryolunun tikintisinə də sərmaya qoyuluşunda maraqlıdır.

Bütün bunları nəzərə alaraq, iki ölkə arasındakı son durumu şərh etmək üçün Gununsesi.info xəbər portalı olaraq İranın Azərbaycandakı səfiri Möhsün Pakayinə müraciət etdik. Səfirlə eksklüziv müsahibəni təqdim edirik.

 

  • Cənab səfir, iki ölkə arasındakı münasibətləri necə dəyərləndirirsiniz?
  • Mən bu münasibətləri çox yüksək dəyərləndirirəm və bunun gələcəyini çox aydın görürəm. Qeyd etdiyiniz kimi son dövrlərdə iki ölkə arasında çox mühüm səfərlər olub ki,  bu səfərlər də  əlaqələrin genişləndirilməsi vədərinləşdirilməsi üçün  yeni imkanlar açıb. Bu yeni imkanlar əsasən kənd təsərrüfatı sahəsindədir. Bildiyiniz kimi bu yaxınlarda İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti Azərbaycanda səfərdə oldu və bu səfər çox məhsuldar keçdi. Deyə bilərm ki, səfər hər iki ölkə üçün çox mühüm nəticələrlə yekunlaşdı.  Belə ki, səfərin yekunu olaraq  hər iki ölkə  kənd təsərrüfatı sahəsində birgə layihələr həyata keçirmək barədə konkret razılığa gəliblər. İki ölkənin iş adamları kənd təsərrüfatı məhsullarının birgə ticarəti, emalı, ixtacatı sahəsində əməkdaşlıq edəcəklər. Bundan əlavə olaraq Azərbaycana və İran fermerləri  qarşılıqlı  formada  hər iki ölkənin ərazisinən  müxtəlif  kənd təsərrüfatı məhsullarının istehsalı və əkini üçün istifadə imkanı əldə edə biləcəklər. Həmçinin Azərbaycandan tütün, pambıq, meşə təsərrüfatı və digər məhsulların İrana idxalı nəzərdə tutulur.

 

  •    İranda Azərbaycan bankı fəaliyyət göstərəcək”
  • Mediada iki ölkə arasında bankçılıq sahəsində əməkdaşlıq üçün işlərin getməsi barədə xəbərlər var…
  • Bankçılıq sahəsində də iki ölkə arasında da əməkdaşlıq üçün  yaxşı imlanlar açılıb. Azərbaycanın Mərkəzi Bankının sədri Elman Rüstəmov bu günlərdə İranda səfərdə olub  və  bu səfər çox məhsuldar olub. Elman Rüstəmovun İrana səfəri zamanı hər iki ölkənin bankları arasında bank əməliyyatlarının həyata keçirilməsi barədə  razılığa gəlinib. Eyni zamanda Azərbaycan banklarından birinin İranda filialının açılması, həmçinin İran Milli Bankının Azərbaycan filialının genişləndirilməsi haqqında razılıq əldə olunub.

 

     “Azərbaycan bu yolun tikintisinə beş yüz milyon dollar həcmində sərmayə qoymaq niyyətindədir” 

 

– Bəs, hansı konkret layihələr üzərində iş gedir?

 

– Hazırda İranla Azərbaycan arasında ən mühüm və ən böyük layihə Astara-(Azərbaycan) –Astara (İran), Astaraçay üzərində dəmiryolu körpüsünün tikintisi və Astara (İran) – Rəşt dəmiryol xəttinin tikintisidir. Hazırda Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev İranda səfərdədir. Və səfərin əsas məqsədi Astara-Rəşt dəmiryolunun çəkiləcəyi yerlərlə  yerindəcə tanış olmaqdır.  Bu dəmiryolunun tikintisinin tamamlanması və yeni nəqliyyat dəhlizinin yaranması hər iki ölkə üçün böyük gəlirlər vəd edir.

 

 

Digər konkret layhə Sumqayıt Kimya sənayesi parkında dərman istehsalı fabrikinin tikintisidir. Artıq  bu layihənin  ilkin işləri tamamlanma mərhələsindədir. Mühəndislər dərman zavodunun tikiləcəyi yerə baxış keçiriblər.

 

“İran Neftçalada avtomobil zavodu tikəcək”

 

Azərbaycanla İran avtomobil və maşınqayırma sahəsində də birgə əməkdaşlıq etməyi planlaşdırırlar. Artıq “İranhodro” avtomobil  şirkəti Azərbaycanın Neftçala rayonunda sənaye zonasında avtomobil zavodu tikəcək. Artıq zavodun tikiləcəyi əraziyə baxış keçiriblər və mühəndis-texniki işlər yekunlaşmaqdadır.

 

“Azərbaycan iş adamları İran iqtisadiyatına 10 mln. dollar sərmayə qoyub”

 

  • Azərbaycan iş adamları İran iqtisadiyyatına sərmayə qoymağa maraq göstərirlərmi, ümumiyyətlə, əvvəlki illərlə müqayisədə bu istiqamətdə tendensiya necədir?

 

  • Bəli, Azərbaycan iş adamlarının İran  iqtisadiyyatına  sərmayə qoyuluşu istiqamətində  aktivliyi hiss olunmaqdadır. Belə istəklər var və bir sıra şirkətlərdən müraciətlər daxil olub. Onlar xüsusən azad ticari zonalarda;-xüsusən “Araz”, “Maku”, “Ənzəli” azad ticarət zonalarında işləməkdə maraqlı olduqlarını deyiblər. Artıq bir neçə şirkət 10 mln dollar həcmində sərmayə qoyub. Ümid edirik ki, yaxın illərdə bu həcm daha da artacaq.

 

  • Bəs, münasibətlərin indiki vəziyyətində ticari əlaqələrdə, ticarət dövriyyəsində də aktivlik hiss olunurmu?

 

  • Bəli, hiss olunmaqdadır. Azərbaycan İqtisadiyyat nazirliyinin verdiyi məlumata görə, 2016-cı ilin 3 ayının göstəricilərinə əsasən iki ölkə arasında ticarət dövriyyəsi keçən ilin  dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi  53 faiz artıb.

 

    Naxçıvanlılar Təbrizə qatarla gedəcək

 

-Bəs Naxçıvan-Təbriz dəmiryolunin nə zaman işə salınması planlaşdırılır?

– Bu yolda artıq təmir bərpa işləri yekunlaşmaq üzrədir. Hazırda qataralrın alınması istiqamətində işlər gedir. Düşünürəm ki, ilin sonunadək Naxçıvan-Təbriz qatar yolu işə düşəcək.

Bu yolda İran istehsalı olan qatarların və vaqonların da olacağı istisna deyil.Çox böyük ehtimalla İran istehsalı olan vaqonlar da  bu xəttdə hərəkət edəcək.

 

“Azərbaycanla İran arasında vizanın sadələşdirilməsi proseduru yaxın 2-3 ay ərzində öz həllini tapacaq”

 

– Cənab səfir xeyli müddətir İran vətəndaşlarının Azərbaycana daha rahat gəliş-gedişini təmin etmək üçün viza prosedurunun sadələşdirilməsi istiqamətində iş gedir. Bu istiqamətdə işlər nə yerdədir? Mexanizm necə olacaq?

 

  • Ümid edirik ki, yaxın 2-3 ay ərzində Azərbaycan tərəfi iranlılar üçün vizanın sadələşdirilməsi prosedurunu yekunlaşdırıb, onu real olaraq həyata keçriəcəklər.Bununla da iranlıların Azərbaycana rahat gediş-gəlişi üçün rahat şərait yaradılacaq. Viza prosedurunun sadələşdirmə müxanizminə gəldikdə isə hazırda bu iş üzərində iş gedir və konkret  nəticə bəlli deyil. Amma ola bilsin ki, ya viz İran vətəndaşları üçün tam lğşv ediləcək və ya da sərhəd məntəqəsində viza veriləcək.
  • Cənab səfir İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri nəzərdə tutulub. Bu səfər nə zaman reallaşacaq?

 

  • Bəli səfər olacaq. Ancaq hazırda səfərin proqramı, formatı və vaxtı üzərində iş gedir. Vaxt bəlli olan kimi elan olunacaq. İndi dəqiq bir söz deyə bilmərəm.

 

  • Tranzit yükdaşımaları istiqamətində də aktivlik varmı?

 

– İl ərzində yetmiş min yük maşını  yük daşıyır və bu proses davam edir. İnşallah nöpvbəti ildən artıq qatarlarla da yüklərin  daşınmasına başlanacaq. Bu isə iki ölkə arasılnda yüklərin daşınmasına  növbəti təkanı vermiş olacaq.

-Cənab səfir iki ölkə arasında  münasibətlərin belə yüksək səviyyədə olduğu bir vaxtda bəzi qüvvələr bu münasibətlərə kölgə salmağa çalışır. Sizin bu məsələyə mövqeyiniz?

 

  • Hazırda iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir və hər iki ölkənin rəhbərliyinin iradələri bundan ibarətdir ki, bu əlaqələr daim yüksək səviyyədə qorunub saxlanılsın. Düşünmürük ki, üçüncü qüvvələrin səyləri bu əməkdaşlığın zəifləməsinə təsiri olsun.

 

  • Son olaraq, Ermənistan-Azərbaycan münaqişəsində yaranməş son olaylara mövqeyinizi bilmək istərdik?

– Biz, Ermənistan-Azərbaycan arasında danışıqların yenidən başlanmasını dəstəkləyirik.  Biz bu əqidədəyik ki, iki ölkə arasındakı münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində,  beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllini tapmalıdır. İran da bu yöndə əlindən gələn yardımı etməyə hazırdır.

Mürtəza Bünyadlı

Gununsesi.info