İranın Danimarkadakı səfirliyinə hücum edilib.
Gununsesi.info xəbər verir ki, bu haqda İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, cənub qonşumuzun Kopenhagen səfirliyinə naməlum əli bıçaqlı şəxs hücum edib.
Məlumata görə, səfirliyə zorla daxil olmağa çalışan şəxs əlindəki bıçaqla hədə-qorxu gələrək səfirliyin dayanacağındakı maşınlara zərər vurub.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan hadisəyə münasibət bildirib.
O qeyd edib ki, Avropanın mərkəzində diplomatik toxunulmazlığı olan bir qadına və səfirə hücum baş verir və polis vaxtında müdaxilə etmir.
Gununsesi.info