
İran ordusu Ermənistan və Azərbaycanla sərhəddə yerləşdirib.
Gununsesi.info bildirir ki, bu barədə İran ordusunun Quru Qoşunlarının “Tvitter” hesabı yazır:
“İran ordusunun zirehli texnika, çevik reaksiya birləşmələri və hücum helikopterləri ölkənin Ermənistan və Azərbaycanla sərhədlərində yerləşdirilib.
İran İslam Respublikası bölgənin sərhədlərində hər hansı dəyişikliyə imkan verməyəcəyini vurğulayıb.
İran ordusunun Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəri son bir neçə gündə sözügedən qüvvələrə baş çəkib”.
Gununsesi.info