İran sərhədinə gülləkeçirməz divar tikilir: 144 km

  • By admin
  • 13 May 2017 19:58

 divar

 

Sərhəd pozuculuğu hallarının qarşısının alınması üçün Türkiyənin Toplu Mülk İdarəsi Qurumu (TMİQ) İranla sərhədə 144 km-lik sədd inşa edəcək.

Axar.az xəbər verir ki, bununla bağlı yayılan məlumatları sözügedən qurumun rəhbəri Ərgün Turan təsdiqləyib.

O bildirib ki, səddin tikintisi İqdır və Ağrı vilayətlərində həyata keçiriləcək:

“Həmin divarla yanaşı, 144 km-lik yol da inşa edəcəyik. 5 mərhələdən ibarət olan tikintinin layihəsi artıq hazırdır. İlk mərhələ oktyabr ayında tamamlanacaq. Divar boyu 15 qapı olacaq. Bu qapıların şüşələri gülləkeçirməz materialdan hazırlanacaq. Beton piltələrdən ibarət səddi daşımaq mümkün olacaq. Həmçinin ətrafda geniş təhlükəsizlik tədbirləri görüləcək”.

 

Gununsesi.info